BAKI, 17 mart — Sputnik. Müğənni Aslan Hüseynov pandemiyada işsiz qalmasından şikayətlənib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi Arb kanalında yayımlanan "Söhbət var" verilişində iş axtarışına çıxdığını söyləyib. O bildirib ki, heç bir gəliri yoxdur:
"Nə edim, iş axtarıram. Toy, nişan yoxdur. İstəyirəm profilimi dəyişim, başqa sahədə işləyim. Heç bir biznesim yoxdur. Ağlım olsaydı, zamanında biznes qurardım. Yalandan deyirlər ki, guya mənim biznesim var. Ağ yalandır".