İQTİSADİYYAT

"Startap" şəhadətnaməsi alan bəzi biznesmenlər vergidən azad olacaqlar

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında kiçik və orta biznesin ilk 3 il ərzində vergi yükləmələrindən azad olma şərtini açıqlayıb.
Sputnik

BAKI, 17 mart — Sputnik. "Startap" şəhadətnaməsi alan kiçik və orta biznes (KOB) vergidən azad olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

"Startap" şəhadətnaməsi alan KOB-lar 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergilərindən azad olunacaq", - nazir yazıb.