BAKI, 17 mart — Sputnik. Rəqqasə Fatimə Fətəliyeva yenidən plastik əməliyyat etdirib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi cərrahi yolla qaş kənarlarını qaldırtdırıb. Prosesdən görüntülərini "Instagram" hesabında yayımlayan rəqqasə özünü yaxşı hiss etdiyini bildirib.
"Botokslardan, rezinlərdən yaxa qutarmaq istəyən xanımlarımız, buyurun siz də mənim kimi əməliiyat etdirin", - deyə rəqqasə bildirib.
Qeyd edək ki, Fatimə bundan əvvəl də bir neçə dəfə görünüşündə dəyişiklik etmək üçün əməliyyatlar etdirib.