SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Slovakiya Aİ ilə Azərbaycan arasında sazişin imzalanmasına dəstək verəcək

İvan Korçok iki il əvvəl ölkəsinin Bakıda səfirlik açdığını və Azərbaycanın da Slovakiyada səfirlik açmasını istədiklərini bildirib.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 mart - Sputnik. "Slovakiya üçün ərazi bütövlüyü önəmlidir və Azərbaycana münasibətdə də bu belədir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri İvan Korçok Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir eyni zamanda münaqişənin həllindən sonra hər iki icmanın sülh şəraitində yaşamasını təmin etməyin önəmini vurğulayıb.

İvan Korçok iki il əvvəl ölkəsinin Bakıda səfirlik açdığını və Azərbaycanın da Slovakiyada səfirlik açmasını istədiklərini bildirib.

O, həmçinin vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığa dair yeni sazişin imzalanması vacibdir: "Slovakiya bu sahədə Azərbaycana dəstək verəcək".