BAKI, 17 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ seçkilərinə müdaxilə etdiyi üçün cavab verəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Co Bayden "ABC" telekanalına müsahibəsində bildirib.
"O, cavab verəcək" – deyə ABŞ Prezidenti bildirib. Bayden eyni zamanda Putini qatil adlandırıb.
ABŞ prezidenti vurğulayıb ki, yanvarda danışıqlar zamanı Rusiya Prezidentini mümkün nəticələr barədə xəbərdar edib.
Qeyd edək ki, daha əvvəl ABŞ Milli Kəşfiyyatının direktorunun ofisi açıqladığı hesabat Moskvanı sabiq prezident Donald Trampı dəstəkləməyə cəhddə, Cozef Baydeni nüfuzdan salmaqda və ABŞ cəmiyyətinə "nifaq toxumu səpməkdə" ittiham edib. Seçkilərə İran, "Hizbullah" və Kubanın da müdaxilə etməyə cəhd göstərildiyi bildirilib.