Doxsan yaşlı baş redaktor koronavirusdan vəfat edib

"Respublika" qəzetinin və "Füyuzat" jurnalının baş redaktoru Teymur Əhmədov koronavirus infeksiyasına yoluxub və yaşlı olduğu üçün xəstəliyə qalib gələ bilməyib.
Sputnik

BAKI, 16 mart — Sputnik. "Respublika" qəzetinin və "Füyuzat" jurnalının baş redaktoru Teymur Əhmədov vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə"Füyuzat" jurnalının "Facebook" səhifəsində məlumat paylaşılıb. Teymur Əhmədovun koronavirusdan vəfat etdiyi bildirilir. 

Qeyd edək ki, Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. 1990-1991-ci illərdə "Vətən həsrəti", 1992-1993-cü illərdə "Hikmət", "Yeni fikir" qəzetlərinin baş redaktoru işləyib.

1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 1995-ci ildən vəfat edənədək "Respublika" qəzetinin baş redaktoru idi. 

Teymur Əhmədov həmçinin 2007-ci ildə Azərbaycan mətbuatında dərin iz qoymuş "Füyuzat" jurnalını yenidən təsis edib və onun baş redaktoru olub.