VİDEO

“Qəhrəman övladları” estafetinin Mingəçevir mərhələsinin qalibləri müəyyənləşib

“Qəhrəman övladları” yarışda 16 nəfər iştirak edib onlardan 4-ü şəhid, digərləri qazi və hərbçi övladları olub. Ətraflı videomuzda.
Sputnik

Qusardan başlanan “Qəhrəman övladları” estafet yarışının növbəti mərhələsi Mingəçevir şəhərində yerləşən Kür Olimpiya Tədris İdman mərkəzində keçirilib. Yarışda 9-12 yaşlı qızlar və oğlanlar iştirak edib. 4-ü şəhid, digərləri qazi və hərbçi övladları olan 16 nəfər “Murovdağ” və “Füzuli” komandalarının tərkibində qalib olmaq üçün yarışıblar.

Sputnik Azərbaycan yeganə qadın şəhidimiz Arəstə Baxışovanın ailəsinə mükafat təqdim etdi

Yarışın təşkilatçısı “Həmrəy ol, qalib ol” İctimai Birliyinin rəhbəri Cəsur Rəcəbli iştirakçıları şərtlərlə tanış etdikdən sonra komandalar arasında gərgin mübarizə başlayıb.

Yarış iştirakçıları müəyyən məsafəyə qaçış, maneləri dəf etmək, topla hərəkət və digər tapşırıqları yerinə yetiriblər. Hər iki komanda üzvləri böyük coşqu, həyəcanla yarışın sonuna qədər qələbə qazanan tərəf olmağa çalışıblar. Amma verilən tapşırıqları daha yaxşı yerinə yetirən “Füzuli” komandası “Qəhrəman övladları” estafet yarışının Mingəçevir mərhələsinin qalibi olub.

Qələbə qazanan komanda üzvlərini, Cəsur Rəcəbli, onun həyat yoldaşı London-2012 Yay Paralimpiya Oyunlarının qalibi, həmçinin dördqat gümüş mükafatçısı və dünya rekordçusu Natali Rəcəbli mükafatlandırblar.

Təşkilatçılar belə yarışların keçirilməsində məqsədin şəhid, qazi, hərbçi övladlarının bacarıqlarını ortaya çıxarmaq, onların sağlam böyüməsini, idmana, təhsilə həvəsini artırmaqdan ibarət olduğunu bildiriblər. 

Qeyd edək ki, növbəti estafet yarışının Lənkəran şəhərində keçirilməsi nəzərdə tutulub.