CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlament İlham Əliyev və Mehriban Əliyevaya təbrik ünvanladı

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri parlamentin sədri Sahibə Qafarovanın təklifini dəstəkləyiblər.
Sputnik

BAKI, 16 mart — Sputnik. "Novruz bayramı əsrlərin sınağından çıxan milli mənəvi dəyərlərimizi təcəssüm edir. Təklif edirəm ki, parlament adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlansın".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Deputatlar təklifi dəstəkləyib.