BAKI, 16 mart — Sputnik. Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obama Ramazan bayramı üçün proqram hazırlayır.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın eks prezidenti bayram proqramını həyat yoldaşı Mişel Obama ilə hazırlayır.
Sözügedən proqram məşhur musiqi platformasında yayımlanacaq. Ramazan ayının ilk günündən etibarən yayımlanacaq proqramda ABŞ-dakı müsəlman sənətçiləri, aktivistlər və idmançıların səsinə yer veriləcək.