RUSİYA

Moskvalılar Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar

Rusiyalı tamaşaçılara Emil Qədirovun ifasında Müslüm Maqomayevin repertuarından kompozisiyalar, xalq mahnıları və Azərbaycan dilində opera ariyaları təqdim olunacaq.
Sputnik

BAKI, 16 mart — Sputnik. Moskvadakı Tsarisino qoruq-muzeyində martın 18-i yerli vaxtla saat 21.00-da "Mənim Azərbaycanım" adlı onlayn konsert proqramı təqdim olunacaq.

Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumata görə, konsert "Tsarisinoda səfirlik axşamları" layihəsi çərçivəsində baş tutacaq.

Tədbirdə Rusiyada məşhurluq tapmış azərbaycanlı ifaçı Emil Qədirov çıxış edəcək. Rusiyalı pianoçu Stanislav Serebrennikov isə onu müşayiət edəcək.

Konsert proqramına görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayevin repertuarından kompozisiyalar, xalq mahnıları və Azərbaycan dilində opera ariyalar daxil edilib.

Konsertə muzeyin internet saytı üzərindən tamaşa etmək mümkün olacaq: https://tsaritsyno-museum.ru/

Layihə "Tsarisino" qoruq-muzeyi və Müəlliflərə dəstək milli fondu tərəfindən həyata keçirilir.

"Tsarisinoda səfirlik gecələri" tamaşaçıları müxtəlif ölkələrin mədəni irsi ilə tanış etməyə yönəlmiş musiqi tədbirlərindən ibarət layihədir. Bu tədbirlərdə müxtəlif millətlərdən olan şəxslər – musiqiçilər, vokal ifaçıları, rəssamlar və diplomatik nümayəndələr iştirak edirlər.