CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hesablama Palatasına sədr müavini və auditorlar təyin edildi

Milli Məclisdə "Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb
Sputnik

BAKI, 16 mart — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclis sədrinin təqdimatına əsasən, Nəsir İbrahim oğlu Sadıqov Hesablama Palatasının sədr müavini, Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimova Hesablama Palatasının auditorları təyin edilib.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Hesablama Palatasının sədrinin müavini Adil Məhərrəmov, auditorlar Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov işdən çıxmaqla bağlı ərizə yazıblar.