SƏHİYYƏ

COVID-19 testinin nəticələri üçün daha bir platforma istifadəyə verildi

Beynəlxalq səfər üçün COVID-19 analizi verən şəxs xidmətdən yararlanmaq məqsədilə https://travel.its.gov.az/ saytına daxil olmalıdır. Açılan pəncərədə "Doğum tarixi" xanasını doldurmalıdır.
Sputnik

BAKI, 16 mart — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən "COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsi" adlı yeni elektron xidmət istifadəyə verilib.  Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildiirlib ki, sözügedən xidmətdən beynəlxalq səfərlər üçün COVID-19 PZR analizi verən şəxslər istifadə edə bilərlər. Elektron xidmətin yaradılmasında məqsəd həmin şəxslərin vaxtına qənaət etmək və rahatlığını təmin etməkdir.

Beynəlxalq səfər üçün COVID-19 analizi verən şəxs xidmətdən yararlanmaq məqsədilə https://travel.its.gov.az/ saytına daxil olmalıdır. Açılan pəncərədə "Doğum tarixi" xanasını doldurmalıdır. Şəxs doğum tarixini qeyd etdikdən sonra "Parametr" xanasından FİN və ya Protokol üzrə seçim etməlidir. FİN parametrini seçdikə "FİN" xanası aktivləşir və şəxs bu xanaya şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidir. Şəxsiyyət vəsiqəsi olmadığı halda isə (əsasən əcnəbilərin və şəxsiyyət vəsiqəsi olmayan uşaqların) Protokol parametri seçilməlidir. Bu zaman "PROTOKOL" xanası aktivləşir və şəxs bu xanaya Protokol nömrəsini daxil etməlidir. Protokol nömrəsi analiz verən şəxsin mobil nömrəsinə nəticə hazır olduqdan sonra göndərilən koddur.