Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.
2. Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında.
Milli Məclisin Sədri Sahibə Qafarovanın təqdimatı ilə Nəsir Sadıqovun Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədlikləri irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatını Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.