HADİSƏ

Ağdamda ata və üç oğlu minaya düşüb

İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.
Sputnik

BAKI, 16 mart - Sputnik. Ağdamda mülki şəxslər minaya düşüb.

APA-nın verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Ata üç oğlu ilə birgə minaya düşüb. İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.