MƏDƏNİYYƏT

Qazaxıstanlı 20 yaşlı oğlan "Qremmi" mükafatı aldı - VİDEO

Zeykenov peşəkar musiqiçi deyil. O, Qazaxıstanda dəmiryolu kollecində oxuyur. Onun hazırladığı mahnının remeykinə 145 milyondan çox baxış olub.
Sputnik

BAKI, 15 mart - Sputnik. Qazaxıstanlı 20 yaşlı dicey İmanbek Zeykenov "Qremmi" mükafatı alıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İmanbek təxəllüsü ilə tanınan dicey reper SAINt JHN-un "Roses" mahnısının remeykinə görə mükafata layiq görülüb. 

Zeykenov peşəkar musiqiçi deyil. O, Qazaxıstanda dəmiryolu kollecində oxuyur. Zeykenovun "Roses" mahnısına hazırladığı remeykə Youtube-da milyonlarla baxış olub və o, U.S. Billboard Hot 100-in beşliyinə düşüb. Mayda isə Britaniya hit-paradına liderlik edib.

İmanbekin bu uğurundan sonra Rusiyanın Effective Records səsyazma şirkəti onunla müqavilə bağlayıb.