QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində işğaldan azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb
Sputnik

BAKI, 15 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində işğaldan azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.

"Əziz bacılar və qardaşlar! Bir azdan işğaldan azad olunmuş ərazilərdən növbəti videogörüntüləri sizin diqqətinizə təqdim edəcəyəm", - deyə birinci xanım qeyd edib.