Mətbuat mərkəzi

Pandemiya dövründə vərəm xəstəliyi

Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı və Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru Pərvanə Vəliyeva dünyada vərəm epidemiyasının gözlənilib-gözlənilmədiyi barədə danışacaqlar.
Sputnik

Hər il mart ayının 24-ü dünyada beynəlxalq vərəmlə mübarizə günü kimi qeyd olunur. Məqsəd vərəmin insan sağlamlığına və cəmiyyətə vurduğu ağır zərbə ilə bağlı məlumatlılığı artırmaq, iqtisadi nəticələri barədə informasiya vermək və beləliklə də, bu xəstəliyin qlobal epidemiyasına qarşı mübarizə səylərini birləşdirməkdir.

Bütün bunlarla yanaşı, koronavirus pandemiyası fonunda alimlər vərəmlə bağlı həyəcan təbili çalır, hətta yeni vərəm epidemiyasının yayılması haqqında narahatedici proqnozlar verirlər. Mütəxəssislərin sözlərinə görə, son illər Azərbaycanda vərəmin müalicəsində ambulator metod işlənib-hazırlanır ki, bu da bir neçə əsas maddədən ibarətdir. Bura xəstəliyin ilkin mərhələdə aşkarlanması, xəstənin vaxtında müalicəyə cəlb olunması və tamamilə müalicəsi məsələləri daxildir. Yeni metod xəstə insana öz həyat tərzini dəyişmədən həkim nəzarəti altında tam müalicə kursu keçməyə imkan verir.

Martın 19-u saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı və Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru Pərvanə Vəliyeva bu metodun pandemiya şəraitində nə dərəcədə effektli olması və dünyada həqiqətən də vərəm epidemiyasının gözlənilib-gözlənilmədiyi barədə danışacaqlar.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi