İQTİSADİYYAT

Mikayıl Cabbarov: Qeyri-neft sənayesi 12,8 faiz artıb

2021-ci ilin yanvar ayı üzrə qeyri-neft sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 1 milyard 28 milyon manat təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artıb.
Sputnik

BAKI, 15 mart — Sputnik. "Qeyri-neft sənayesində 12,8 faiz artım olub".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"2021-ci ilin yanvar ayı üzrə qeyri-neft sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 1 milyard 28 milyon manat təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artıb. Qeyri-neft emal sənayesi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 artıb", - deyə nazir bildirib.