Bakının əksər küçələrində sıxlıq var - Avtobusların intervallarında gecikmə yaranıb

Bakının küçə və prospektlərində müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.
Sputnik

BAKI, 15 mart — Sputnik. Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunur. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların da hərəkətində çətinliklər var. Hərəkət intervallarında gecikmələr yaranıb.

✅ Babək prospekti H.Əliyev prospekti istiqamətində sıxlıq

✅ Moskva prospektində şəhər istiqamətində sıxlıq

✅ Abbasqulu ağa Bakıxanov küçəsi Türkiyə səfirliyi istiqamətində sıxlıq

✅ Qara Qarayev prospektində hər iki istiqamətdə sıxlıq

✅ Mikayıl Əliyev küçəsi Heydər Əliyev prospekti istiqamətində sıxlıq

✅ Ziya Bünyadov hər iki istiqamətdə sıxlıq

✅ Abdulvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

✅Heydər Əliyev prospekti şəhər istiqamətində