Azərbaycanda 628 saxta pul nişanı tədavüldən çıxarılıb

2020-ci il üzrə tədavüldə olan hər 425 min ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozonada hər 59 min ədədə 1 ədəd, Rusiya üzrə hər 143 min ədədə 1 ədəd).
Sputnik

BAKI, 15 mart — Sputnik. Keçən il Azərbaycan Mərkəzi Bankı tərəfindən 628 ədəd (29 min 523 manat) saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və hüquq mühafizə orqanlarına təqdim edilib. Bu da 2019-cu illə müqayisədə 30 faiz azdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın hesabatında deyilir.

2020-ci il üzrə tədavüldə olan hər 425 min ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozonada hər 59 min ədədə 1 ədəd, Rusiya üzrə hər 143 min ədədə 1 ədəd). Saxtakarlığa qarşı mübarizə çərçivəsində Mərkəzi Bank tərəfindən istifadəyə verilmiş "Saxta Pul nişanlarının Monitorinqi Sistemi" vasitəsilə bu sistemə inteqrasiya olunmuş hüquq mühafizə orqanları ilə operativ informasiya mübadiləsi təmin edilib.