CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda korpus komandiri həbs olundu

Bakı və Şəmkir korpuslarının komandiri, general-leytenant Rövşən Əkbərov saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Sputnik

BAKI, 15 mart - Sputnik. General-leytenant Rövşən Əkbərov həbs edilib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı "Qafqazinfo" saytı yayıb.  Bildirilir ki, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. O və general-mayor Xəqani Cəbrayılov fevralın 8-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrilə vəzifələrindən azad ediliblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.