Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 15 mart - Sputnik. ATƏT-in işi təhlükəsizlik prioritetlərinə sadiq qalmaqdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
O, vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.
A.Linde qeyd edib ki, ATƏT-in Minsk Qrupunun işi uzunmüddətli sülhün yaranmasına yönəlib.
ATƏT sədri ümid etdiyini bildirib ki, Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi davam etdiriləcək.