BAKI, 14 mart - Sputnik. Goranboyda 3 yaşlı qız dərmandan zəhərlənib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Dərman preparatı qəbul edən 2018-ci il təvəllüdlü qəsəbə sakini Hacıyeva Ayan Ayaz qızı zəhərlənib.
Azyaşlı xəstəxanaya yerləşdirilib.