FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin şəkilləri - Papa İraqda, feministlərin marşı və çimən meymunlar

Sputnik

Ötən həftə planetin müxtəlif guşələrində maraqlı hadisələrlə yadda qaldı. 

Myanmada Aun San Su Çjinin devrilməsi və Dövlət İnzibati Şuranın hakimiyyətə gəlməsi ilə nəticələnən hərbi çevrilişə qarşı fevralın 4-də başlanan etirazlar davam edir. Xeyli insan polislə qarşıdurmaların qurbanı olub, BMT-nin Təhlükəsizlik Şurası Myanmada dinc etirazçılara qarşı zorakılığı sərt tənqid edib.  

Roma Papası Fransisk tarixdə ilk dəfə olaraq İraqa səfər edib. Bu səfər həm də Papanın koronavirus pandemiyası başlanandan bəri xaricə ilk çıxışıdır. Papa İraqın terrorçulardan təmizlənmiş ərazilərində və dağıdılmış kilsələrdə olub. Fransiskin səfərinin məqsədlərindən biri İraqda müsəlmanlarla xristianların barışması və sülh şəraitində yaşamasının əsasını qoymaqdır. 

 

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

1 / 27
Qoruyucu maskalar taxmış insanlar Fransanın Nitsa şəhərində karantin tətbiq edilərkən alt paltarları mağazasının yanından keçirlər
2 / 27
İspaniyanın Ayton şəhərində şaftalı bağında uşaq çiçəkləmiş ağaclar arasında gəzir
3 / 27
Diz çökmüş rahibə polislərdən Myanmadakı hərbi çevrilişə qarşı çıxan nümayişçilərə zərər verməmələrini xahiş edir
4 / 27
Beynəlxalq Qadınlar Günü ilə bağlı yürüş, Santyaqo, Çili
5 / 27
Katmanduda "Maha Şivaratri" festivalında sadhu
6 / 27
Argentinanın Las Golondrinas şəhərində meşə yanğınları nəticəsində yanmış avtomobil
7 / 27
Parisdəki feminist yürüşünün iştirakçıları
8 / 27
Nümayişçilər Livanın Sidon şəhərində Livan funtunun ucuzlaşmasına etiraz olaraq, təkərləri yandıraraq yolu bağlayırlar
9 / 27
Suriyanın İdlib əyalətinin Maaret-Misrin şəhərində zərərsizləşdirilmiş mərmi yığınında uşaq
10 / 27
Norveçdəki Ask kəndi sürüşmədən sonra
11 / 27
İspaniyalı aktrisa İba Abuk İspaniyanın milli film mükafatı "Goya" nın qırmızı xalısında
12 / 27
Yaponiyanın Naqano prefekturasındakı Jiqokudani meymun parkında isti suda əylənən əntərlər
13 / 27
Etna vulkanının yamaclarından axan lava
14 / 27
Meksika şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən etiraz aksiyası zamanı etirazçılar və polis arasında qarşıdurma
15 / 27
Meksika şəhərində Beynəlxalq Qadınlar Günü nümayişi zamanı qadın şüşəni sındırır
16 / 27
Şagirdlər Florida ştatında tətilin başlamasını çimərlikdə qeyd edirlər
17 / 27
Çilinin Santyaqo şəhərində Beynəlxalq Qadınlar Günü yürüş iştirakçısı
18 / 27
Uruqvayın Montevideo şəhərində Beynəlxalq Qadınlar Gününün qeyd olunması
19 / 27
Papa Fransisk İraqa səfəri zamanı
20 / 27
ABŞ-ın Kolorado ştatında yarış
21 / 27
Qadın fermerlər etirazda
22 / 27
Ənənəvi geyimdə olan suriyalı kürd qadınlar Qamışlıda hər il keçirilən "Kürd Geyimi Günü"ndə
23 / 27
Texas təhlükəsizlik qüvvələrinin sözçüsü miqrantlarla görüşür
24 / 27
Pekində bir kilsənin yanında yeni evlənənlər
25 / 27
Tayvanda Taipei Fashion Week Autumn/Winter 2021-də moda nümayişi
26 / 27
Yapon qızları kimonoda
27 / 27
Mayami çimərliyində istirahət edən qızlar