Orxan Pamukun pandemiya haqda romanı satışa çıxarılacaq

Orxan Pamukun 4 ilə yaxındır üzərində işlədiyi romanda Osmanlı imperiyasının xəyali bir vilayətində yayılan vəba xəstəliyindən bəhs edilir.
Sputnik

BAKI, 14 mart — Sputnik. Orxan Pamukun "Vəba gecələri" adlanan yeni romanı 23 mart tarixində satışa çıxarılacaq. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Yapı Kredi Yayınları" nəşriyyatı məlumat yayıb.

Qeyd edək ki, Orxan Pamukun 4 ilə yaxındır üzərində işlədiyi romanda Osmanlı imperiyasının xəyali bir vilayətində yayılan vəba xəstəliyindən bəhs edilir.