İranda yer titrədi

YEraltı təkanların episentri Minab şəhərindən 104 km aralı olub. Zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.
Sputnik

BAKI, 14 mart - Sputnik. İranın cənubunda 5.1 bal gücündə zəlzələ olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Zəlzələnin episentri Minab şəhərindən 104 km aralı olub. Zəlzələ ocağı 50 km dərinlikdə yerləşib. Yeraltı təkanlar 16:54-də qeydə alınıb. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.