MƏDƏNİYYƏT

Azərbaycanlının Kareni "Məni çoxlu öp" dedi, münsiflər bəyənmədilər - VİDEO

Karen tez-tez Azərbaycan mahnıları ifa edərək sosial şəbəkələrdə paylaşır. Onun Avstriya layihəsində ispanca ifası isə növbəti mərhələyə adlamasına yardım etməyib
Sputnik

BAKI, 14 mart - Sputnik. Azərbaycanlı musiqiçi Abuzər Manafovun alman xanımı Karen Onidia Dange Avstriyanın beynəlxalq Starmania 21 musiqi layihəsində çıxış edib. Dange məşhur "Besame mucho" mahnısını ifa edib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni 2000 iştirakçı arasından seçilən 64 nəfərin sırasında idi. Onlara tamaşaçılar üçün onlayn formatda keçirilən canlı konsertdə ifa etmək imkanı yaradılmışdı. Konserti müxtəlif ölkələrdən 600 min insan izləyib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Karen Danger-Manafzade (@karen__danger)

Gözəl ifasına rəğmən, Dange layihədə iştirakını dayandırıb: münsiflər heyəti aşağı qiymət verib. Ancaq bu, Kareni ruhdan salmayıb, o əmindir ki, hər şey hələ qabaqdadır və Starmania 21-də iştirakın özü elə qələbədir. Karen hesab edir ki, bu müsabiqə onun karyerasında vacib rol oynayır. 

Karen Onidia Dange Albert Schweitzer Realschule Regensburg və Staatliche Realschule Rottenburg a.d. Laaber-in məzunu, beynəlxalq müsabiqələrin laureatıdır. O, azərbaycanlı musiqiçi Abuzər Manafova ərə gedib. Cütlük Türkiyə və Avstriyada yaşayıb fəaliyyət göstərir. Karen tez-tez Azərbaycan mahnıları ifa edərək sosial şəbəkələrdə paylaşır.