CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda vəzifəli şəxs qəfil vəfat edib

Kənd sakinlərinin bildirdiyinə görə, Salyanın Yenikənd kəndində doğulan E. Nəzirov uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Sputnik

BAKI, 14 mart - Sputnik. Salyan rayonunda vəzifəli şəxs dünyasını dəyişib.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, rayonun Xıdırlı kənd ərazi vahidliyinin nümayəndəsi, 1960-cı il təvəllüdlü Nəzirov Elçin Bayram oğlu bu gün səhər saatlarında evdə olan zaman qəfil dünyasını dəyişib.

Kənd sakinlərinin bildirdiyinə görə, Salyanın Yenikənd kəndində doğulan E. Nəzirov uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, E.Nəzirov 8 ilə yaxın idi, Xıdırlı kənd ərazi vahidliyinin nümayəndəsi işləyirdi.