FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İstedadlı və uğurlu gözəllər: Bakıda qadınlara mükafatlar verildi - FOTO

Sputnik

Mart ilin ən "xanımyana" fəslidir. Ona görə də Azerbaijan Woman Awards-ın təşkilatçıları mükafatların verilməsi üçün məhz bu ayı seçiblər. Azərbaycanın ən uğurlu, istedadlı və ictimai aktiv qadınları prestijli mükafatların sahibi olublar. 

Onlar arasında Xalq artisti Təranə Muradova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Milli Məclisin deputatı Qənirə Paşayeva, şairə Zəhra Bədəlbəyli, dizayner Gülnarə Xəlilova, rəssam Aydan Salahova, Xalça muzeyinin direktoru Şirin Məlikova, plastik cərrah Könül Ağamirova və digərləri yer alır. 

Sputnik Azərbaycan informasiya agentliyinin iki əməkdaşı da mükafatlandırılıb. Mətbuat katibi Gülzar Mustafayeva və jurnalist Kəmalə Cavadova Azerbaijan Woman Awards-ın sahibi olublar.

Azerbaijan Woman Awards-ın informasiya tərəfdaşı olan Sputnik Azərbaycan layihə çərçivəsində "Cəsur qadın" nominasiyasında xüsusi mükafat təsis edib. Bu mükafat ölümündən sonra İkinci Qarabağ müharibəsinin yeganə xanım şəhidi, Azərbaycan SQ-nin tibb xidmətinin çavuşu Arəstə Baxışova üçün nəzərdə tutulub. Mükafatı Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev ölkəmizin bütövlüyü uğrunda canını vermiş qəhrəman qadının anasına təqdim edib. 

Azerbaijan Woman Club-ın Business Woman qadın jurnalının dəstəyi ilə təşkil etdiyi tədbir koronavirus pandemiyası səbəbindən tamaşaçılarsız keçirilib.

1 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
2 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
3 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
4 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
5 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
6 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
7 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
8 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
9 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
10 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
11 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
12 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
13 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
14 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
15 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
16 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
17 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
18 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
19 / 20
Azerbaijan Woman Awards mükafatlandırma mərasimi
20 / 20