Avropa ölkəsi mayın 1-dən turizm mövsümünü açır

Hökumət əcnəbi turistlərə "yaşıl dəhliz" yaratmağa hazırdır - koronavirusdan sağalan, vaksinasiyadan keçən, yaxud da COVID-19 testi mənfi olan insanlar sərhəddən keçərək kurortlarda dincələ bilərlər.
Sputnik

BAKI, 14 mart - Sputnik. Bolqarıstanda yay turizm mövsümü mayın 1-dən açılır. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkənin baş nazirinin müavini və turizm naziri Mariyana Nikolova Facebook-da yazıb. 

"Turistlərin ölkəyə gəlişinə dair tələblər səhiyyə orqanları ilə razılaşdırılaraq işlənib hazırlanıb", - Nikolova yazıb.

Bolqarıstan hökuməti əcnəbi turistlərə "yaşıl dəhliz" yaratmağa hazırdır - koronavirusdan sağalan, vaksinasiyadan keçən, yaxud da COVID-19 testi mənfi olan insanlar sərhəddən keçərək kurortlarda dincələ bilərlər. 

Yunanıstanda bildiriblər ki, turistləri mayın 14-dən sonra qəbul edə bilərlər. İspaniyada dincəlmək üçünsə mayın 19-nu gözləmək lazım gələcək. Buraya yalnız vaksin pasportu olanlar buraxılacaqlar.