Ərli qadın təsadüfən kişi olduğunu öyrəndi

Məlum olub ki, Pinqpinqdə kişilərə məxsus Y xromosomu var, bu o deməkdir ki, genetik olaraq o, kişidir
Sputnik

BAKI, 13 mart - Sputnik. Çində 25 yaşlı ərli qadın topuğu burxulduğu üçün xəstəxanaya gedib, orada müayinə zamanı isə kişi olduğunu öyrənib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Məşhur həkimdən qəribə resept: 1 qədəh şərab, 4 fincan qəhvə...

Şərqi Çin əyalətindən olan Pinqpinq adlı qadını xəstəxanada müayinə edən həkimlər onun uşaqlığının və yumurtalıqlarının olmadığını, qadın cinsi orqanlarının inkişaf etmədiyini aşkarlayıblar. Qadın ərə gedəndən sonra hamilə qala bilmədiyini söyləyib. 

Məlum olub ki, Pinqpinqdə kişilərə məxsus Y xromosomu var, bu o deməkdir ki, genetik olaraq o, kişidir. Ancaq buna rəğmən Pinqpinqin orqanizmində kişi cinsiyyət üzvlərindən əsər-əlamət yoxdur. 

Həkimlərin diaqnozu belə olub ki, ailədəki qarışıq nikahlar səbəbindən Pinqpinqdə anadangəlmə xəstəlik olub. Ona olanları qəbul etmək, bundan sonrakı həyatını planlaşdırmaq üçün psixi sağlamlıq üzrə mütəxəssislə məsləhətləşməyi tövsiyə ediblər.