MƏDƏNİYYƏT

Türkiyənin məşhur aktyoru vəfat edib

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yaydığı məlumatda "Türk teatrının dəyərli simalarından olan Levent Nişin vəfatına üzüldük.
Sputnik

BAKI, 13 mart — Sputnik. Türkiyəli aktyor və rejissor Levent Niş 64 yaşında vəfat edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Nişin yaxınları məlumat yayıb. Onlar bildiriblər ki, Levent xəstə olmayıb, qəfildən dünyasını dəyişib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yaydığı məlumatda "Türk teatrının dəyərli simalarından olan Levent Nişin vəfatına üzüldük. Ailəsinə və sənət dostlarına başsağlığı veririk" sözləri yer alıb.

Əsasən Türkiyənin müxtəlif teatrlarında fəaliyyət göstərən mərhum aktyor "Cennet Mahallesi", "Beybaba", "Fikrinin İnce Hastalığı", "Yeşil Miras", "Duvardaki Kan" və s. film və seriallarda rol alıb.