BAKI, 13 mart - Sputnik. Azərbaycan nefti bir həftə ərzində 4%-dək bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, ötən həftə ərzində (8-12 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 68,92 ABŞ dollarına bərabər olub. Bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,6 dollar və ya 3,92% çoxdur.
Həftə ərzində ən yüksək göstərici (V gün) – 69,84 dollar təşkil edib. Ən minimal göstərici (III gün) isə 67,6 dollar səviyyəsində olub.