HADİSƏ

Biləsuvarda mikroavtobus aşdı, ölən var

İlkin məlumata görə, nəqliyyat vasitəsinin içində olan şəxslərdən 1 nəfər ölüb, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Sputnik

BAKI, 13 mart — Sputnik. Biləsuvarda mikroavtobus aşıb, ölən var. Sputnik Azərbaycan-ın APA-a istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib. Mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin içində olan şəxslərdən 1 nəfər ölüb, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Biləsuvarda mikroavtobusun aşması nəticəsində xəsarət alan 5 nəfərin adı məlum olub: Onlar aşağıdakılardır:

1981-ci il təvəllüdlü Natiq Süleymanov, (Astara sakini)

1982-ci il təvəllüdlü Əsmər Qəhrəmanova (Astara sakini)

1982-ci il təvəllüdlü Ruslan Məmmədov (Masallı sakini)

1990-ci il təvəllüdlü Şəhriyar Mirzəyev (Astara sakini)

2005-ci il təvəllüdlü Rəqsanə Süleymanlı (Astara sakini)

Yaralılar Biləsuvar və Cəlilabad rayonlarının mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.