Baş Prokurorluq Ata Abdullayevin saxlanıldığını təsdiqləyib

Ata Abdullayevin məmurları şantaj edərək külli miqdarda pul aldığı üçün polis tərəfindən saxlanıldığı bildirilir. 
Sputnik

BAKI, 13 mart - Sputnik. Qalmaqallı və şantaj xarakterli videomaterialları ilə ölkədə neqativ imic qazanmış bloger Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, ötən gün bu barədə KİV-də yayılan məlumatı bu gün Baş Prokurorluğun Mətbuat Xidməti də təsdiqləyib.

Qeyd edək ki, dünən Azərbaycan elektron kütləvi informasiya vasitələrində bloger Ata Abdullayevin polis tərəfindən saxlanılması barədə xəbər yayılıb.

Ata Abdullayevin məmurları şantaj edərək külli miqdarda pul aldığı üçün polis tərəfindən saxlanıldığı bildirilir.