Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı

Hazırda 18 valideyn-namizəd valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığagötürmə üçün uyğunlaşdırma prosesindədir.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb. Sputnik Azərbaycan-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən verilən cavaba görə, 01.11.2019-cu il tarixdən sonra Azərbaycanda 32 uşaq övladlığa verilib.

Hazırda 18 valideyn-namizəd valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığagötürmə üçün uyğunlaşdırma prosesindədir.

Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 2018-ci ildə "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilib. Bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılıb.