2021-ci ildə yeni Rusiya-Azərbaycan layihələrinin icrasının, xüsusən də Azərbaycanda kənd təsərrüfatı və yol tikinti texnikasının yığılmasının təşkili ilə bağlı işlərin başlanması gözlənilir. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.
İqtisadçı ekspert Fuad İbrahimovSputnik Azərbaycan-a deyir ki, Rusiya Azərbaycanın iqtisadi strateji tərəfdaşlarından biridir:
“Hazırda 3 milyona yaxın Azərbaycan vətəndaşı Rusiya ərazisində müxtəlif sahələrdə çalışır. Bu işdə Rusiya hökuməti vətəndaşlarımız üçün əlverişli şərait yaradıb. MDB ölkələri arasında Azərbaycan Rusiya üçün bir nömrəli tərəfdaş hesab olunur. Bunun da əsasında bir neçə amil dayanır. Azərbaycanın dayanıqlı xarici siyasəti və regionda gerçəkləşirdiyi meqalayihələr onun əhəmiyyətini artırır. Qeyri-neft sektorumuzun şaxələndirilməsi üçün Rusiya ən cazibədar ölkədir”.
Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz