VİDEO

Ağsu dolaylarını buz bağlayıb - VİDEO

Ölkə ərazisinə yağan qar gecə saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir sıra çətinliklər yaradıb.
Sputnik

Ölkə ərazisinə yağan qar gecə saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir sıra çətinliklər yaradıb.

Sözü gedən yolun Ağsu dolaylarından keçən hissəsinin buz bağlaması,bəzi sürücülərin yolda qalması ilə nəticələnib.Sürücülərin sözlərinə görə yola duz və qum səpilmədiyindən, enişli-yoxuşlu və dongəli olan bu ərazilərdə çətinliklə üzləşiblər.

Şamaxıdan Bakı istiqamətində də yollar buz bağladığından YPX-nin əməkdaşları tərəfindən sürücülərin hərəkəti Şamaxı ərazisində məhdudlaşdırılıb.

Havanın qarlı və çovğunlu olması Bakı Şamaxı Yevlax yolu ilə bərabər Muğanlı İsmayıllı, Şamaxı-Dəmirci, İsmayıllı-Lahıc yollarının buz bağlaması ilə nəticələnib