CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladını itirən əməkdar artist tanınmaz hala düşüb - VİDEO

"Balamdan sonra bu günlərə qaldım. Görün özümü nə günə qoydum. Kök hüceyrə köçürmə dedilər, amma yox, revmatizmam var. O, müalicə olunmalıdır. Həkim dedi ki, çox gecikdirmişəm. Xəstəliyin son həddindəyəm. Məni yeməmək yıxır"
Sputnik

BAKI, 12 mart — Sputnik. Səhhəti pisləşən Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya aparılıb.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni "Elgizlə izlə" proqramına açıqlama verib. O bildirib ki, özünü yaxşı hiss etmir: "Heç nə yemək istəmirəm. Dərman atdıqca iştahım gedir. Yayda mənə bir həkim dərmanlar yazmışdı, onları qəbul etdikcə mədəm yanırdı. Balamdan sonra bu günlərə qaldım. Görün özümü nə günə qoydum. Kök hüceyrə köçürmə dedilər, amma yox, revmatizmam var. O, müalicə olunmalıdır. Həkim dedi ki, çox gecikdirmişəm. Xəstəliyin son həddindəyəm. Məni yeməmək yıxır".