RUSİYA

Ərdoğan "Sputnik V" haqqında

"Peyvəndlə bağlı Rusiya ilə razılaşmamış var, hazırda Səhiyyə Nazirliyimiz danışıqları davam etdirir. Çinlə də daha 50 milyon doza vaksinin tədarükü ilə bağlı danışıqlar aparırıq.
Sputnik

BAKI, 12 mart — Sputnik. Türkiyənin səhiyyə naziri Rusiya tərəfi ilə koronavirus əleyhinə peyvəndlə bağlı danışıqları davam etdirir. RİA Novosti-nin xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Peyvəndlə bağlı Rusiya ilə razılaşmamış var, hazırda Səhiyyə Nazirliyimiz danışıqları davam etdirir. Çinlə də daha 50 milyon doza vaksinin tədarükü ilə bağlı danışıqlar aparırıq. Eyni zamanda, Almaniya ilə də danışıqlar davam edir", - deyə Ərdoğan bildirib.

Bir qədər bundan əvvəl Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank bildirmişdi ki, Türkiyə Rusiyadan "Sputnik-V" peyvəndinin həm tədarükünü, həm də istehsalını nəzərdə tutur.

Xatırladaq ki, Rusiyanın COVID-19-a qarşı peyvənd preparatı 40-dan çox ölkədə qeydiyyatdan keçirilib. Türkiyədə bu ilin yanvar ayından etibarən əhalinin Çin istehsalı olan "СoronaVac" peyvəndi ilə vaksinasiyasına başlanılıb.