QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Putin, Əliyev və Paşinyan Qarabağı müzakirə etdilər

Telefon danışıqlarının əsas predmeti Dağlıq Qarabağ üzrə əldə edilmiş iki razılaşmadakı bəndlərin yerinə yetirilməsi aspektləri olub
Sputnik

BAKI, 12 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin martın 11-i və 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

"Martın on birində və on ikisində RF Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışıqları aparıb. 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatlarda Dağlıq Qarabağ üzrə qeyd olunmuş razılaşmaların gerçəkləşdirilməsinin praktiki aspektləri nəzərdən keçirilib", - məlumatda deyilir.