CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin əsas magistrallarından biri bağlandı

Bakı-Şamaxı- Yevlax yolununun Şamaxı rayon hissəsindən keçən hissəsində yol polisi nəqliyatın hərəkətini tam dayandırıb.
Sputnik

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 12 mart — Sputnik. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda mövcud hava şəraitinə görə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Şamaxıya yağan qar yolda hərəkəti iflic edib: "əhər saatlarında hər iki istiqamətə gediş-gəliş mümkün olsa da, hazırda havanın covğunlu, qarlı olması səbəbindən yolda hərəkət məhdudlaşdırılıb. Bakı-Şamaxı-Yevlax yolununun Şamaxı rayon hissəsindən keçən hissəsində yol polisi nəqliyatın hərəkətini tam dayandırıb".