SƏHİYYƏ

Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 443,888 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Sputnik

BAKI, 12 mart — Sputnik. Martın 11-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 9,825 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan-ın "Koronavirus.info"ya istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 443,888 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.