İQTİSADİYYAT

Azərbaycan nefti kəskin bahalaşıb

"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub
Sputnik

 

BAKI, 12 mart — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,12 dollar artaraq 69,72 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,29 dollar geriləyərək 69,34 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,37 dollar ucuzlaşaraq 65,65 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.