BAKI, 11 mart — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas qruplarından olan insanlar üçün Sığınacaq və Reabilitasiya müəssisəsində olan sakinlərin sayı bəlli oldu. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində hazırda 75 sakin yaşayır. 18 yaşdan yuxarı sakinlərin sayı 64, uşaqların sayı isə 11 nəfərdir.