BAKI, 11 mart — Sputnik. Tbilisidə Azərbaycanın görkəmli dramaturqu Mirzə Fətəli Axundovun vəfatının 143-cü ildönümü münasibətilə sərgi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbiri Gürcüstanın Milli Parlament Kitabxanasında baş tutub.
Sərgidə M.F.Axundovun həyat və yaradıcılığını əks etdirən 25 fotoşəkil və rəsm əsərləri, əlyazmalar nümayiş etdirilib, eyni zamanda dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verilib.
Çıxışlar zamanı Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin önəmi vurğulanıb.
Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı ictimai xadimlər iştirak ediblər.