BAKI, 11 mart — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya açıqlamasında bildirib.
Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.