Yeraltı təkanlar Fukusima atom elektrik stansiyasında nüvə hadisələri üzrə beynəlxalq şkalaya görə maksimal - 7-ci səviyyədə qiymətləndirilən qəza törətdi. Uçucu radioaktiv elementlər ətraf mühitə yayıldı. Tullantılar Çernobıl qəzasındakı çirklənmənin 20%-i qədər idi.
Təbii fəlakətdən sonra Yaponiya həm humanitar böhran, həm də iqtisadi geriliklə üz-üzə qaldı. On minlərlə bina dağılmış, yarım milyon insan evsiz qalmışdı. Rəsmi məlumatlara görə, fəlakətin aradan qaldırılmasına Yaponiya 199 milyard dollar sərf etməli oldu.