QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni vandalizminin daha bir qurbanı – Merdinli kəndi - VİDEO

Keçmişdə heyvandarlıq, taxılçılıq və üzümçülük kimi sahələrdə inkişaf etmiş, erməni vandalizmi nəticəsində yer üzündən silinmiş Füzuli rayonunun Merdinli kəndindən videogörüntülər.
Sputnik

Qarabağda erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Füzuli rayonunun Merdinli kəndidir.

Kəndin qəbiristanlığı da vandalizmə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Ən pisi isə odur ki, ermənilər tərəfindən Merdinli kəndindəki məsciddən tövlə kimi istifadə olunub. Qarşı tərəf kənddəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirib.

Vandallar 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Qeyd edək ki, Merdinli kəndi Köndələnçayın sahilində, düzənlikdə yerləşir. İşğal edilənə qədər burada heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf etmişdi. 1993-cü ildə ermənilər tərəfindən işğal edilərək dağıdılan kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da azad olunub.