Müdafiə Nazirliyi Zəngilan rayonunun işğaldan azad edilmiş Mirzəhəsənli kəndinin videogörüntülərini yayıb.
Sputnik Azərbaycan Nazirliyə istinadla həmin görüntüləri təqdim edir.
Mirzəhəsənli Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində olan kənddir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 27 ildən sonra rəşadətli ordumuz tərəfindən azad olunub.